Xəbər lenti

Tennisçi Fransa Açıq çempionatından imtina etdi
İdman 23:17 17.05.2023

Tennisçi Fransa Açıq çempionatından imtina etdi

Avstraliyalı tennisçi Nik Kirgios Fransa Açıq çempionatından imtina edib.

Qaynarinfo-nun məlumatına görə, buna səbəb idmançının zədəli olmasıdır. Bu barədə 28 yaşlı tennisçinin meneceri Daniel Horsfall bildirib. O, yanvarda dizindən zədələnərək əməliyyat olunan Kirgiosun Fransa Açıq çempionatında iştirak etməyəcəyini açıqlayıb. Eyni zədə səbəbindən Kyrgios ölkəsində keçirilən ilin ilk böyük dəbilqə turniri olan Avstraliya Açıq çempionatında iştirak edə bilməyib.

Ötən il Uimbldonda keçirilən yarışın finalında çıxış edən Kirgios hazırda dünya reytinqində 26-cıdır.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->