Xəbər lenti

Ter-Petrosyan: "Dənizdən-dənizə Ermənistan xəyallarından əl çəkmək lazımdır" (VİDEO)
Siyasət15:59 28.05.2021

Ter-Petrosyan: "Dənizdən-dənizə Ermənistan xəyallarından əl çəkmək lazımdır" (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Keçmişin ən vacib dərsi reallıqdır və biz ondan yararlanmalıyıq. Dənizdən-dənizə Ermənistan, Kürdən-Araza respublika xəyallarından əl çəkmək lazımdır”.
Bu sözləri Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan erməni telekanalına müsahibəsində deyib.
O bildirib ki, insan hakimiyyətə gəldiyində bilməlidir ki, Ermənistanın vəziyyəti necədir, qonşuları ilə hansı problemləri var, hansı xarici çağırışlarla üzləşir və realist yollarla bu problemləri həll etməyə cəhd etməlidir:
"Xəyallar qurmaq yetkin olmayan cəmiyyətlərə xasdır. Böyük dövlətlər ətrafında nəhəng institutlar, analitiklər, araşdırıcı təşkilatlar işləyir və hər bir detala diqqət yetirilir. Yəni siyasi addımlarının xeyir və ziyanlarını müqayisə edirlər. Dövləti idarə etməyə qadir olmayan insanlar hələ düşüncə tərzinə uyğunlaşmayıblar”.
<iframe src="http://baku.tv/embed/38845" width="640" height="360" frameborder="0" scrolling="no" allow="autoplay; encrypted-media" allowfullscreen="">