Bir stüardessanın paylaşdığı fikirlərə görə, sərnişinlərə təyyarədə təqdim olunan bəzi içkilər sağlamlıq və rahatlıq baxımından ideal seçim deyil – və bu, bir çoxlarını təəccübləndirə bilər.
Qaynarinfo xəbər verir ki, uzun məsafəli reyslərdə sərnişinlərin səbirsizliklə gözlədiyi xidmətlərdən biri də, tez-tez pulsuz təqdim edilən bar menyusudur. Aviaşirkətlər adətən müxtəlif spirtli və spirtsiz içkilər təklif edir. Lakin "Daily Mail”in məlumatına əsasən, təcrübəli bir stüardessa təyyarədə qəbul ediləcək ən pis içkinin hansısı olduğunu açıqlayıb və bu, adi qazlı içkilərdir.
Onun sözlərinə görə, qazlı içkilərin bankadan süzülməsi zamanı təyyarədəki təzyiq fərqinə görə həddindən artıq köpüklənmə baş verir. Bu isə stüardessanın içkini tam süzə bilməsi üçün baloncukların səngiməsini gözləməsini tələb edir. Nəticədə, bu hal xüsusilə içkilərə yüksək tələbat olan reyslərdə xidməti yavaşladır.
Təyyarə salonlarında aşağı rütubət səbəbindən hava quru olur və bu zaman qazlı içkilər susuzluğu aradan qaldırmaqda kifayət qədər effektiv olmur. Əksinə, onlar bədəni daha da susuzlaşdıraraq uzun müddətli uçuşlarda əlavə narahatlığa səbəb ola bilər. Bundan əlavə, kabinədəki atmosfer təzyiqi yer səviyyəsinə nisbətən aşağı olduğundan, qazlı içkilərdəki qazlar mədədə daha çox genişlənir və bu da şişkinlik hissinə səbəb ola bilər.
Stüardessanın tövsiyəsinə görə, uçuş zamanı su ən ideal və sağlam içkidir. Bu, həm su balansının qorunmasına kömək edir, həm də sərnişinlərin komfortunu təmin edir.
Aydın
Şərhlər