Xəbər lenti

Dünya 18:56 21.08.2023

Tibb bacısı 7 körpəni öldürdüyünə görə ömürlük həbs cəzasına məhkum edildi

Bu gün, avqustun 21-də Mançester Kral Məhkəməsi keçmiş tibb bacısı Lüsi Letbini 7 uşağın qətlinə görə ömürlük həbs cəzasına məhkum edib. 

Qaynarinfo xəbər verir ki, ötən həftənin cümə günü münsiflər heyəti onu 7 qətldə və 6 qətlə cəhddə təqsirli bilsə də, məhkəmə bu gün hökm çıxarıb. Bu, İngiltərədə son illərin ən böyük seriyalı qətl hadisələrindən biridir.

Lüsi Letbi İngiltərənin şimalındakı Çester şəhərində xəstəxanada işləyib. İstintaqın məlumatına görə, o, 2015-2016-cı illərdə xəstəxananın neonatal şöbəsində 13 yeni doğulmuş körpəyə hücum edib. O, müxtəlif yollarla öldürür, hər dəfə hadisəni uşaqlar təbii səbəblərdən ölüb kimi təqdim etməyə çalışırmış.

Lakin uşaq ölümlərinin artması səbəbindən xəstəxana rəhbərliyi qətllərdə tibb bacısından şübhələnib. Proses 2016-cı ildə başlayıb, Lüsi Letbi  bir neçə dəfə həbs olunub, lakin məsuliyyətdən yayınmağı bacarıb. 2020-ci ildə istintaq onun günahına dair kifayət qədər sübut tapa bilib. Lüsi Letbi özü heç vaxt günahını boynuna almayıb.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->