Xəbər lenti

Tovuzda sabiq bələdiyyə sədrinə cinayət işi açıldı
Ölkə16:46 15.02.2025

Tovuzda sabiq bələdiyyə sədrinə cinayət işi açıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Tovuz rayonu Alakol Kənd Bələdiyyəsinin sabiq sədri Ceyhun Quliyev barəsində cinayət işi açılıb.
"Qafqazinfo”nun məlumatına görə, Tovuz Rayon prokuroru Maarif Hüseynovun təqdimatı əsasında Tovuz Rayon Məhkəməsinin qərarı ilə Ceyhun Quliyev vəzifəsindən azad edilib və ölkədən çıxışına qadağa qoyulub.
Belə ki, C. Quliyev 14 bələdiyyə üzvünün, katibin iştirakı olmadan, onlardan xəbərsiz imzalarından, şəxsiyyət vəsiqələrinin surətindən icazəsiz, qanunsuz istifadə edərək, heç bir bələdiyyə iclası keçirmədən Köhnəqala kənd sakinin torpağını başqa bir şəxsə saxta sənədləşmə yolu ilə satıb.