ABŞ prezidenti Donald Tramp təsdiqləyib ki, Oval kabinetdə ukraynalı həmkarı Volodimir Zelenski ilə mübahisə əvvəlcədən planlaşdırılmışdı və bu, Ukraynaya təzyiq strategiyasının bir hissəsi idi.
Qaynarinfo xəbər verir ki, bu barədə amerikalı prezident jurnalistlərlə söhbəti zamanı bildirib.
"Biz Ukraynanı düzgün addımlar atmağa məcbur etməli idik. Bu, sadə vəziyyət deyildi. Oval kabinetdə kiçik bir səhnənin şahidi oldunuz, amma düşünürəm ki, indi onlar doğru addımlar atırlar və biz atəşkəsə, daha sonra isə sülh razılaşmasına nail olmağa çalışırıq", – deyə Tramp öz hərəkətlərinin motivini izah edib və bunun doğru qərar olduğunu əlavə edib.
Bundan əlavə, Ukraynaya silah və kəşfiyyat məlumatlarının verilməsinin dayandırılması ilə bağlı suala cavabında Tramp bu qərarın Rusiya Federasiyasının Kursk vilayətində Ukrayna Silahlı Qüvvələri üçün heç bir nəticə yaratmadığını bildirib. "Əsla. Əksinə. Başa düşməlisiniz ki, əgər kimsə çoxlu sayda insanın ölümünə səbəb olacaq pis bir iş görürsə, mənim müdaxilə etməyimin yeganə səbəbi insanlıqdır. Mən sırf insanlıq naminə müdaxilə edirəm, çünki orada çoxlu insan həlak olur", – deyə Tramp fikrini ifadə edib.
"Zelenski ilə Tramp arasında Ağ Evdə baş verən münaqişə bilərəkdən Amerika tərəfi tərəfindən qızışdırılmış ola bilər”. Belə bir fikri Almaniyanın gələcək kansleri Fridrix Mers səsləndirib. "Oval kabinetdə baş verən bu görüşdə Zelenskinin sözlərinə spontan reaksiya yox, açıq şəkildə qəsdən törədilmiş bir eskalasiya var idi. Söhbətin tonuna bir qədər təəccübləndim – bunun heç bir faydası olmadı", – deyə Mers şərh verib.
Alpər
Şərhlər