Xəbər lenti

Trampın hakimiyyətə mümkün qayıdışı Rusiya-Ukrayna savaşına necə təsir edəcək? (ŞƏRH)
Dünya 15:57 11.12.2023

Trampın hakimiyyətə mümkün qayıdışı Rusiya-Ukrayna savaşına necə təsir edəcək? (ŞƏRH)

"Donald Tramp ABŞ-da yenidən hakimiyyətə gələrsə, Ukrayna müharibəsində nisbətən səngimə yaranacaq və üstünlük danışıqlar prosesinə veriləcək".

Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev ABŞ-da gələn ilin sonunda olacaq prezident seçkilərində Donald Trampın qalib gəlməsi ehtimalınıdan danışarkən deyib.

Konfiliktoloq qeyd edub ki, Trampın son müsahibələrini təhlil edəndə onun seçilməsi fonunda Ukrayna-Rusiya müharibəsində indikindən tam əks bir vəziyyət yaranacağını görmək mümkündür:



"Tramp qaynar nöqtələri azaldacağı və danışıqlara üstnlük verəcəyinə cəhd edəcəyini deyir. Danışıqlarda da o daha çox Rusiya ilə razılığa gəlməyin mümkünlüyünü fikirləşir. Tramp prezident olanda Vaşinqtonun Moskva ilə münasibətləri indiki kimi deyildi. Daha mötədil və nisbətən mülayim idi. Trampın Putinlə bəlli bir dildə danışmaq imkanları var idi. Yəni Tramp prezident seçiləcəyi halda Ukrayna - Rusiya müharibəsinin səngiməsi və daha çox danışıqlar, diplomatik yolla prosesin tənzimlənməsinə üstünlük veriləcək. Amma bu gediş təəssüf ki, Ukraynanın itkiləri, bəzi əraziləri Rusiyaya güzəştə getməsi hesabına başa gələcək. Belə vəziyyət aydın məsələdir ki, Zelenski hakimiyyətinin narazılığına səbəb olacaq”. 

Bununla belə, həmsöhbətimiz Trampın hakimiyyətə qayıdışını mümkün hesab etmir:

"Trampın hakimiyyətə gəlişini mümkün hesab etmirəm. Bayden və Trampı geridə qoyacaq tamam fərqli bir siyasi qüvvənin hakimiyyətə gəlişi daha realdır, nəinki 45-ci prezidentin".

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri yaxınlaşdıqca, namizəd olacaq şəxslərin şansları barədə sorğular da intensiv xarakter almağa başlayıb. "The Wall Street Journal" sorğusuna görə, prezident seçkiləri indi keçirilərsə, əhalinin 47 faizi Donald Trampa, 43 faizi isə hazırkı prezident Co Baydenə səs verəcəklərini bəyan ediblər. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->