ABŞ prezidenti Donald Trampın yaxın müttəfiqi, respublikaçı senator Lindsi Qrem 2021-ci il yanvarın 6-da Kapitoliyə hücumda ittiham olunan 1500 nəfərin əfv edilməsi qərarını tənqid edib.
Qaynarinfo xəbər verir ki, bu barədə AP məlumat
yayıb.
Senator əmin edib ki, əfv qərarı "yanlış siqnal verir". O, həmçinin bu qərarın gələcək nəticələri ilə bağlı narahatlığını ifadə edib.
"Mən həmişə demişəm ki, polislərə hücum edən insanları əfv edəndə geniş ictimaiyyətə yanlış mesaj verirsiniz. Bu, polisləri qorumaq üçün etmək istədiyiniz bir şey deyil", – deyə Qrem bildirib.
Eyni zamanda, o, əvvəlki prezident Co Baydeni də tənqid edib. Bayden də vəzifədəki son saatlarında bir sıra əfv qərarları qəbul edib.
"Bu, xoşuma gəlmir. Hər iki tərəfdən də bu xoşuma gəlmir. Hesab edirəm ki, ictimaiyyətin də bu qərardan xoşu gəlmir. Əgər bu davam etsə və normaya çevrilsə, prezidentin əfv hüquqlarının məhdudlaşdırılması cəhdləri ola bilər", – deyə senator vurğulayıb.
Qrem əfv məsələsini "böyük presedent" kimi qiymətləndirdiyini və gələcək nəticələrdən narahat olduğunu bildirib:
"Mən aydın şəkildə dedim ki, prezident Trampın polisləri döyən insanları əfv etməsi xoşuma gəlmir. Amma Baydenin bütün ailəsini əfv etməsi də xoşuma gəlmədi".
Tramp prezidentliyinin ilk günündə, 2021-ci il yanvarın 6-da Kapitoliyə hücumla əlaqəli 1500 nəfərin demək olar ki, hamısını əfv edib.
Növbəti gün, 2021-ci il yanvarın 6-da Kapitoliyə hücumla əlaqəli 200-dən çox şəxs əfv olunduqdan sonra cəzaçəkmə müəssisələrindən buraxılıb. Bu qərar hüquq-mühafizə orqanları tərəfindən tənqid edilib.
Eyni zamanda, 2021-ci il yanvarın 6-da Kapitoli basqınında iştirak edən məhkumlardan biri Pamela Hempfill prezidentin əfvindən imtina edib.
Alpər
Şərhlər