Xəbər lenti

Tunis millisində dopinq qalmaqalı - 8 futbolçunun testi pozitiv çıxdı
İdman 18:25 03.07.2026

Tunis millisində dopinq qalmaqalı - 8 futbolçunun testi pozitiv çıxdı

Tunis millisinin səkkiz futbolçusu 2026-cı il futbol üzrə dünya çempionatında verdikləri dopinq testlərində müsbət nəticə göstərib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "The Times” məlumat yayıb.

Məlumata görə, idmançıların qanında qadağan olunmuş klenbuterol maddəsi aşkarlanıb. İddia olunur ki, bu maddə komandanın Meksikadakı bazasında təqdim olunan yerli ət məhsullarından keçmiş ola bilər.

Futbolçuların klubları nəticələrlə bağlı məlumatlandırılıb, lakin ciddi sanksiyaların tətbiqi ehtimalının aşağı olduğu bildirilir.

Qeyd edək ki, Tunis millisi turnirdə mübarizəni qrup mərhələsində dayandırıb. Komdanda hər 3 oyunda uduzub və 2 qol vuraraq, 12 top buraxıb.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->