Xəbər lenti

"Turan" Azərbaycan çempionu oldu
İdman18:16 19.04.2026

"Turan" Azərbaycan çempionu oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Turan" qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasının qalibi olub.
Qaynarinfo xəbər verir ki, Tovuz təmsilçisi qızıl medal uğrunda görüşdə "DH Volley" komandası ilə üz-üzə gəlib.
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan görüş "Turan"ın 3:1 (15:25, 25:21, 25:19, 25:23) hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Azərbaycan Yüksək Liqasının bürünc medalçısı "Gəncə" komandası olub.