Dünya 10:43 20.09.2022

“Türkiyə ABŞ-dan F-16-ları almasa, “özünün qayğısına qalacaq” - Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, ölkəsi ABŞ-dan F-16 qırıcıları almadığı təqdirdə "özünün qayğısına qalacaq".

Qaynarinfo xəbər verir ki, Türkiyə lideri ABŞ prezidenti Co Baydenin Türkiyəyə F-16 qırıcılarının verilməsinə tərəfdar olduğunu deyib.

"Cənab Bayden mənə bu məsələni həll edəcəyimi vəd etdi. Bilirəm ki, Bayden buna müsbət baxır. Hətta respublikaçılarla görüşlərimiz oldu və onlar da buna müsbət baxacaqlarını dedilər. Əgər biz F-16 məsələsində ABŞ-dan istədiyimiz nəticəni almasaq, özümüz həll edəcəyik. Bizim ABŞ-la heç bir problemimiz yoxdur”, deyə Ərdoğan PBS telekanalına müsahibəsində bildirib.

Qeyd edək ki, ABŞ F-16 qırıcılarının Türkiyəyə satışını məhdudlaşdırıb.

Aydın