Türkiyə İsraillə Aralıq dənizində enerji ehtiyatlarının birgə kəşfiyyatı və Avropaya qaz ixracı planlarını dayandırıb.
Bu barədə Qaynarinfo Bloomberg-ə istinadən xəbər verir .
Bloomberg qeyd edir ki, bu qərarı bu məsələdən birbaşa xəbəri olan bir məmur elan edib.
Qeyd edək ki, bu, çərşənbə günü Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İsraili tənqid etməsindən sonra baş verib.
Belə ki, Türkiyə İsraillə HƏMAS arasındakı münaqişədə "vasitəçi” rolunu öz üzərinə götürməyə qərar verib. Ərdoğan İsraili "Fələstin torpaqlarının bombalanmasını dayandırmağa, fələstinliləri isə İsraildəki mülki yaşayış məntəqələrini təqib etməyi dayandırmağa” çağırıb.
Rəsmi Türkiyə Fələstin-İsrail münaqişəsinin həlli üçün hər cür vasitəçiliyə, o cümlədən əsirlərin mübadiləsinə hazır olduğunu bildirib.
Eyni zamanda, bu gün Türkiyə prezidenti ölkəsinin HƏMAS-ı terror təşkilatı hesab etmədiyini bildirib: "HƏMAS terror təşkilatı deyil, öz torpaqlarını və vətəndaşlarını qorumaq üçün mübarizə aparan bir qrup azadlıqçı və mücahiddir”.
Bundan əlavə, Ərdoğan İsrailə özünün və digər türk rəsmilərinin səfərlərini ləğv edib.
Nizami Bağırov