Xəbər lenti

İdman 12:10 26.08.2023

Türkiyə yığmasının sabiq baş məşqçisi Azərbaycan klubunda

Qadın voleybolçulardan ibarət "Azərreyl” klubunun yeni mövsüm üçün heyətini formalaşdırılmağa başlanılıb.
 
Qaynarinfo-nun məlumatına görə, ölkəmizi Çağırış Kubokunda təmsil edəcək Bakı təmsilçisinin öncə yeni baş məşqçisi müəyyənləşib. 

Təcrübəli türkiyəli mütəxəssis Çengiz Akarçeşme ilə aparılan danışıqlar müsbət yekunlaşıb və onunla birillik müqavilə imzalanıb. Onun qarşısına Azərbaycan çempionatında yüksək yerlər və avrokubokda maksimum nəticə göstərmək hədəfi qoyulub. 
 
Çalışdırıcı "Azərreyl”ə qədər qardaş ölkə klublarının "sükanı arxasında” olub. O, məşqçilik fəaliyyətinə 27 il əvvəl "Vakıfbank”da başlayıb. 1999-2001-ci illərdə "Qazi Universitet”nə baş məşqçilik edib. Akarçeşme ardınca "İhtisas” klubunda ikinci məşqçi funksiyasını yerinə yetirib. Eyni zamanda, 2001-2005-ci illərdə Türkiyənin U-17 və U-18 yığmasında köməkçi kimi çalışıb. 2006-2007-ci illərdə Türkiyənin əsas komandasında menecer işləyən mütəxəssis 2008-2009-cu illərdə "Qazi Universitet”ə qayıdıb və baş məşqçi olub.
 
2013/2014 və 2017/2018 mövsümlərində "Halkbank” meydana "Azərreyl”in yeni baş məşqçisinin rəhbərliyi altında çıxıb. O, 2020-2021-ci illərdə "Şop Kalecik”, növbəti mövsümdə "Edremit Bələdiyyə Altınoluk”u çalışdırıb. 2021-2022-ci illərdə "Mert Qrup Sığorta”nın baş məşqçi olan Akarçeşme son mövsümdə "Adam” voleybol klubuna rəhbərlik edib. 
 
"Azərreyl"in Çağırış Kubokunda Ukraynanın "Balta" kollektivi ilə üz-üzə gələcək. 1/32 final çərçivəsində baş tutacaq qarşılaşmalar oktyabrda keçiriləcək.
 
Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->