Xəbər lenti

Türkiyədə girovluqdan xilas edilən prokuror öldü
Dünya05:26 01.04.2015

Türkiyədə girovluqdan xilas edilən prokuror öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İstanbulda polisin həyata keçirdiyi əməliyyat nəticəsində terrorçuların əlindən xilas edilmiş və ağır yaralanaraq xəstəxanaya yerləşdirilmiş prokuror Mehmet Selim Kiraz dünyasını dəyişib. Virtualaz.org Türkiyə KİV-inə istinadən bildirir ki, bu barədə xəstəxana nümayəndəsi məlumat verib.
"Selim Kiraz olduqca ciddi güllə yarası almışdı. Biz onu burada gözləyirdik, istənilən yara və istənilən vəziyyət üçün hər şey hazır idi. Amma onun ürəyi dayandı. Həkimlərimizin bütün səylərinə baxmayaraq, onu xilas edə bilmədik" deyə o bildirib.
Xatırladaq ki, Mehmet Selim Kiraz martın 31-də İstanbul Ədalət Sarayında silahlı şəxslər tərəfindən girov götürülmüşdü.
Onu da qeyd edək ki, prokurorun ölümündən bir az əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan olay barədə danışmışdı: "Girovun azad edilməsi əməliyyatında iki terrorçu öldürülüb. Prokuror da güllə yarası alıb. Hazırda əməliyyatdadır. İnşallah, bu əməliyyatın nəticəsində sağlamlığına qovuşar. Bu ibrət dərsi olmalıdır. Təbii mən polisimizi xüsusilə etdiyi əməliyyat səbəbi ilə təbrik edirəm. Çünki onlar gərəyini yerinə yetirə biliblər. Həkimlərimiz də əllərindən gələni edirlər. Bundan sonra ədliyyə binasındakı vəzifəli şəxslərin işlərini qiymətləndirmək lazımdır".
Qaynar.info