Xəbər lenti

Türkiyədə kütləvi dava: 7 polis güllə yarası aldı
Dünya04:57 05.06.2023

Türkiyədə kütləvi dava: 7 polis güllə yarası aldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyədə Konya vilayətinin Ereğli rayonunda iki qrup arasında baş verən mübahisə silahlı insidentlə yekunlaşıb.
Qaynarinfo "Haber Global”a istinadən xəbər verir ki, hadisə zamanı 4 nəfər odlu silahdan açılan atəşlə yaralanıb.
Çağırış əsasında silahlı insidentin olduğu əraziyə polis və tibb işçiləri göndərilib. Dava edən şəxsləri ayırmağa çalışan 7 polis əməkdaşı da müxtəlif yerlərindən güllə yaraları alıblar.
Yaralılar ilkin müdaxilələrdən sonra Ereğli Dövlət Xəstəxanasına aparılıblar.
Hadisədə iştirak edən 6 nəfər saxlanılıb.