Xəbər lenti

U-21 bu gün sonuncu matçını keçirəcək
İdman07:00 14.06.2022

U-21 bu gün sonuncu matçını keçirəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində sonuncu görüşünü keçirəcək.
Qaynarinfo xəbər verir ki, Milan Obradoviçin komandası 10-cu turda səfərdə Norveç milisinin qonağı olacaq. Drammen şəhərindəki "Marienlyst” stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Görüşü Bosniya və Herseqovinadan olan hakimlər briqadası idarə edəcək.
Norveç 9 oyundan sonra 21 xalla ikinci, komandamız isə 7 xalla 5-ci sıradadır.
AVRO-2023, seçmə mərhələ
20:00. Norveç – Azərbaycan
Baş hakim: Luka Bilbiya (Bosniya və Herseqovina)
Drammen. "Marienlyst” stadionu
Səbuhi Həsənov