İdman 14:03 31.05.2022

U-21-in oyununun hakimləri açıqlandı

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Estoniya - Azərbaycan oyununun hakimləri açıqlanıb.
 
Qaynarinfo xəbər verir ki, qarşılaşmanı uelsli hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Robert İan Jenkins olacaq. Ona meydançanın kənarında İan David Bird, Ashley Davis yardım edəcək. Dördüncü hakim funksiyasını Alex Mcinch yerinə yetirəcək. 

Oyun iyunun 3-də, saat 20:00-da, Parnu şəhərindəki "Parnu Rannastaadion”da başlayacaq.
 
Səbuhi Həsənov