Xəbər lenti

UEFA Kuboku qazanmış futbolçu "Qəbələ"yə niyə rədd cavabı verib?
İdman14:50 27.05.2016

UEFA Kuboku qazanmış futbolçu "Qəbələ"yə niyə rədd cavabı verib?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Qəbələ"nin ukraynalı futbolçusu Aleksey Qayın komandadan ayrılmaq istəməsinin səbəbləri bəlli olub.

Qaynarinfo.az ftr.com.ua saytına istinadən xəbər verir ki, "Qəbələ" rəhbərliyi təcrübəli futbolçuya yeni müqavilə təklif edib. Ancaq Qay bu təklifə rədd cavabı verib.

2009-cu ildə "Şaxtyor"la UEFA Kubokunu qazanmış 33 yaşlı mərkəz yarımmüdafiəçisi bunun səbəbi ailə durumu ilə izah edib. O bildirib ki, karyerasını Ukraynada davam etdirmək istəyir.

Qeyd edək ki, Aleksey Qay ötən ilin qışında Ukraynanın "Çernomorets" klubundan gəlmişdi. O, "Qəbələ" ilə 1,5 illik müqavilə bağlamışdı. Qay 1,5 illik "Qəbələ" karyerası müddətində 2 dəfə Azərbaycan çempionatının bürünc medallarına sahib çıxıb. O, başa çatan mövsüm "Qəbələ"nin ən çox qol vuran (10 top) futbolçusu idi.

"Qəbələ" bundan başqa, Ermin Zets, Arif Daşdəmirov və Samir Zərgərovla yollarını ayırdığını rəsmən açıqlayıb. Həmçinin ictimaiyyətə "Qəbələ"nin mərkəz müdafiəçiləri - Ruslan Abışovla Vitali Verniduba da "yaxşı yol" deməsi bəllidir.

Qaynarinfo.az