Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bir əsrə yaxın problemlə mübarizə apardıqdan sonra Gürcüstanın malyariyadan azad ölkə hesab edildiyini açıqlayıb.
Qafqazinfo xəbər verir ki, bu barədə "RİA Novosti” məlumat yayıb.
ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus açıqlamasında "Bu gün biz Gürcüstan xalqını malyariyanı aradan qaldırmaq üçün onilliklər ərzində diqqət mərkəzində saxlanılan və davamlı fəaliyyətə görə təbrik edirik”, - deyib.
Hesabatda vurğulanır ki, böyük səylərdən sonra ÜST Gürcüstanı malyariyadan azad ölkə kimi sertifikatlaşdırıb.
Şərhlər