Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə görə ona qarşı tətbiq etdiyi sanksiyalarla bağlı müxtəlif ölkələrdə Rusiya aviaşirkətlərinin 78 təyyarəsi həbs edilib.
Qaynarinfo xəbər veir ki, bu barədə Nəqliyyat Strategiyaları Mərkəzi (TsTS) məlumat yayıb.
"Ölkədə cəmi 1,367 təyyarəmiz var idi. 78 təyyarə itirdik, onlar bizim uçuşlarımız zamanı həbs olundular", - Rusiya Nəqliyyat Nazirliyinin rəhbəri Vitali Savelyev deyib.
Savelyevin sözlərinə görə, Rusiya Federasiyası yenə də təyyarələrin alınması ilə bağlı Qərb lizinq şirkətləri ilə danışıqlar aparmağa çalışır, lakin onlar danışıqlar aparmaq istəmirlər.
"Biz icarəyə verənlərlə danışıqlar aparmaq və bu məsələni həll etmək üçün qanuni yollar axtarırıq, lakin hələ ki, bacarmamışıq. Onlar tərəfdən qadağa və geri qaytarma tələbi var, onlar Rusiya aviaşirkətləri tərəfindən təyyarələrin alınması, ödənişə görə kompensasiya ilə bağlı danışıqlara başlamaq istəmirlər”, - o əlavə edib.
Qeyd olunur ki, Rusiya Federasiyası təyyarələrdən imtina etmir, "çünki imtina etmək özünüzü aviasiyasız qoymaq deməkdir”.
Laynerlərin həbs olunduğu deyilən ölkələr içində Türkiyə, Azərbaycan və Ermənistanın da adı qeyd edilib.
Alpər