Rusiyanın işğalından sonra Ukrayna iqtisadiyyatının bərpası üçün tələb olunan məbləğ 524 milyard dollara çatıb. Bu rəqəm Ukraynanın 2024-cü il üçün proqnozlaşdırılan ÜDM-nin üç qatına bərabərdir.
Qaynarinfo xəbər verir ki, bu barədə bu gün Dünya Bankı, BMT, Avropa Komissiyası və Ukrayna hökumətinin yayımladığı araşdırmada qeyd olunub.
Son bir ildə bu məbləğ 7%-dən çox artıb, bunun əsas səbəbi isə Rusiyanın dayanmayan hücumlarıdır. Ukraynanın baş naziri Denis Şmıqalın sözlərinə görə, ən böyük ziyan mənzil tikintisi, nəqliyyat, enerji, ticarət və təhsil sahələrində qeydə alınıb.
Xüsusilə enerji sektoru ciddi zərər görüb - bu sahədə itkilər əvvəlki qiymətləndirmələrlə müqayisədə 70% artıb. Elektrik enerjisi istehsalı, paylanması və mərkəzləşdirilmiş istilik sistemlərinə aid obyektlər dağıdılıb.
Aydın
Şərhlər