İdman 10:47 13.04.2023

Ulduz futbolçular arasında yumruq davası

Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk görüşləri çərçivəsində baş tutan "Mançester Siti" - "Bavariya" matçından sonra Münhen klubunun futbolçuları paltardəyişmə otağında dalaşıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Almaniyanın məşhur "Bild" nəşri məlumat yayıb. 

İdiaya görə, səfərdə İngiltərə komandasına məğlub olan "Bavariya"nın iki ulduzu - Sadio Mane ilə Leroy Sane yumruq davasına çıxıb. Buna səbəb isə Sanenin danışıq tərzinin Manenin xoşuna gəlməməsi olub. Nəticədə Mane komanda yoldaşının sifətinə yumruq atıb. Digər oyunçuların müdaxiləsindən sonra aranı sakitləşdirmək mümkün olub.

Görüş "Mançester Siti"nin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Komandalar arasındakı cavab qarşılaşması aprelin 19-da Münhendə keçiriləcək.

Səbuhi Həsənov