Son günlər uşaqlar arasında şiddətli qızdırma, qusma və öskürəklə müşahidə olunan xəstəlik yayılıb. Xüsusilə koronavirusun yeni ştamlarının yayıldığı dövrdə bu hal valideynləri ciddi narahat edir.
Baku TV-nin əməkdaşları Ə.Qarayev adına 2 saylı uşaq xəstəxanasında olublar.
Xəstəxanadan bu simptomlarla müraciət edən xeyli sayda xəstə olduğu bildirilib.
Həkim-pediatr Əkbər Quliyev bildirib ki, aparılan laborator müayinələrə əsasən demək mümkündür ki, uşaqlar arasında yayılan virus adi qrip virusudur.
"Təbii ki, aralarında nadir hallarda koronavirusa yoluxma da müşahidə edirik”, – deyə həkim qeyd edib.
Daha ətraflı Baku TV-nin süjetində:
<iframe width="560" height="315" src="https://www.youtube.com/embed/jdNHs8ghWPM" title="YouTube video player" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen="">