Xəbər lenti

Vəkil: “Rəşad Həsənov əfv haqqında fikirləşmir”
Siyasət13:30 03.11.2014

Vəkil: “Rəşad Həsənov əfv haqqında fikirləşmir”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakı İstintaq Təcridxanasında saxlanan “Nida”çı məhbus Rəşad Həsənovun vəkili Əsabəli Mustafayev “Media forum” saytına danışıb. O bildirib ki, gənc fəalla oktyabrın 24-də görüşüb: “Rəşad özünü yaxşı hiss eləyir. Səhhətində heç bir problem yoxdur”.

Əsabəli Mustafayev bildirib ki, Rəşad Həsənov əfv haqqında fikirləşmir: “Lakin prezidentin onu və digər gəncləri əfv etməsi çox yaxşı olardı”.

Rəşad Həsənov ötən ilin mart-aprel aylarında 7 “Nida”çı gənclə həbs olunub. Onlar əsasən kütləvi iğtişaşları təşkil etmə cəhdində təqsirli biliniblər. Rəşad Həsənova 7 il 6 ay həbs cəzası verilib.

Bu iş üzrə tutulmuş gənclərdən ikisi – Bəxtiyar Quliyev və Şahin Novruzlu prezidentin əfv sərəncamı ilə oktyabrın 18-də azadlığa çıxıblar.

Sentyabrın 28-də “Nida”çılar Rəşadət Axundov, Rəşad Həsənov, Üzeyir Məmmədli, Zaur Qurbanlı, Məmməd Əzizov və İlkin Rüstəmzadə prezident İlham Əliyevə birgə müraciət ediblər. Müraciətdə onlar qeyd ediblər ki, bilik və bacarıqlarını müstəqil Azərbaycanın inkişafı və çiçəklənməsinə sərf etmək istəyirlər. Həbsdə olduqları müddətdə ölkə daxilində və xaricdə gedən prosesləri müşahidə etdiklərini, bir sıra dəyərləndirmələr apardıqlarını diqqətə çatdıran “Nida”çılar prezidentin müstəsna səlahiyyətindən istifadə edərək onları cəzadan azad edəcəyinə inandıqlarını vurğulayıblar.

Qaynar.info