Siyasət 17:31 06.11.2022

Vətən müharibəsində Azərbaycan iqtisadiyyatının payı (ŞƏRH)

44 günlük Vətən müharibəsində əldə edilən qələbədə sözsüz ki, Azərbaycan iqtisadiyyatının da mühüm payı vardır. Ölkənin hərbi qüdrətinin güclənməsində aydın məsələdir ki, bir sıra digər amillərlə yanaşı iqtisadi gücün də əhəmiyyətli böyükdür.
 
Mövzu ilə bağlı Qaynarinfo-ya açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib ki, dayanıqlı iqtisadiyyatın olması nəticəsində Azərbaycan iqtisadiyyatı da Vətən müharibəsində qazanılan qələbəyə mühüm töhfə verib: 



"Azərbaycanın 44 günılük savaşda qazandığı qələbənin təməlində duran məsələlərdən biri də sözsüz ki, qələbəni təmin edən iqtisadi güc idi. Müharibədə maliyyə vəsaitləri mühüm əhəmiyyət kəsb edir. Onsuz müharibəni udmaq mümkün deyil. Silah və sursatların alınması, ordunun təchizatı ciddi maliyyə vəsaitləri tələb edir. Azərbaycan iqtisadiyyatı da bu mənada qazanılan möhtəşəm qələbəyə öz töhfəsini verməyə nail olub. 

Təbii ki, insanlarımızın qəhrəmanlığı, xalqın, millətin vəhdəti qələbədə əsas faktor rolunda çıxış edib. Amma bununla belə, prosesdə iqtisadi gücün, geniş maliyyə vəsaitlərinin olmasının da qələbədə özünəməxsus payı var. Məhz maliyyə dayanıqlığının olmasının nəticəsidir ki, Azərbaycan iki il öncə torpaqların azad edilməsi uğrunda müharibə aparmasına baxmayaraq, heç bir iqtisadi problemlə qarşılaşmayıb. Dayanıqlı iqtisadiyyat, gələn gəlirlərin ölkənin müdafiə gücünün yüksəlməsinə sərf olunması müharibədə önəmli rol oynadı”.

Rövşən Həsənov