Xəbər lenti

Dünya 18:30 27.05.2022

Voloçkova türk fanatını aşağılayanlara cavab verdi: “Azərbaycanlı taksi sürücüsü deyil”

Qalmaqallı balerina Anastasiya Voloçkova onun Azərbaycanlı taksi sürücüsü ilə Türkiyədə istirahət etməsi barədə şayiələr yayan heyterlərə (bədxahlara.- red.) qəzəbli cavab verib.

Qaynarinfo xəbər verir ki, ulduz məsələyə təcili aydınlıq gətirib və ilk növbədə həmin kişinin onun sevgilisi olmadığını deyib.

"Bu, sizin uydurmanızdır! Mən layiqli bir insanla romantik səyahətdəyəm", - Voloçkova Telegram kanalında yazıb.

Rəqqasə tətilə türkiyəli iş adamının dəvəti ilə getdiyini bildirib.

"Sizin "taksi sürücücsü” dediyiniz bu 22 elit avtomobillik şəxsi parkı olan, gənc, yaraşıqlı, seksual kişi mənim narahat olmamağım üçün şəxsi ada icarəyə götürdü ki, mən izdiham tərəfindən narahat edilməyim və kolların arasından fotoşəkillərim çəkilməsin", - Voloçkova deyib və əlavə edib ki, pərəstişkarları arasında həm varlı-hallı, həm də kasıb olanlar var.

Balerina onun haqqında "hər cür cəfəngiyyat" yazanları tənqid edib. O, onları "qüsurlu və sevgi görməmiş", "pozğun fantaziyaları" olan insanlar adlandırıb. "Bir qayda olaraq, bunlar dəhşətli paxıl xalalardır", - balerina istehza ilə əlavə edib.
 
Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->