Abşeron Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib.
Qaynarinfo xəbər verir ki, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə bu vəzifə Səkinə Sadıxovaya həvalə olunub.
Qeyd edək ki, S. Sadıxova daha əvvəl Sumqayıt şəhər Səhiyyə şöbəsinin müdiri və Sumqayıt Tibb Mərkəzinin direktoru kimi çalışıb. O, yeni təyinatınadək TƏBİB-in İcraçı direktorunun müşaviri kimi fəaliyyət göstərib.
Şərhlər