Xəbər lenti

Texnologiya 22:00 02.07.2023

"Windows 11" yeniləmələri kompüterləri 7 dəfə yavaşladır

2023-cü ilin mart ayından başlayaraq, "Microsoft" bəzi kompüterlərdə SSD-ləri kəskin şəkildə yavaşlatan "Windows 11" üçün məcburi yeniləmələri yaymağa başlayıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə istifadəçi rəylərinə istinadən "Windows Latest" nəşri məlumat yayıb.

Yeniləmələr SSD-ni o qədər ləngidir ki, istifadəçilər problemi təkcə bir qovluqdan digərinə böyük həcmdə faylları köçürərkən deyil, həm də əsas tapşırıqları yerinə yetirərkən görürlər. Xüsusilə, yeniləmələr PC-nin işə salınmasında və oyunların başlamasında yavaşlamağa təsir göstərir.

Bəzi istifadəçilər, sözlərini dəstəkləyərək, yeniləmələri quraşdırmadan əvvəl və sonra CrystalDiskMark etalonunda SSD test nəticələri ilə ekran görüntülərini dərc edirlər. Onların fikrincə, bəzi hallarda diskin sürəti 7000 MB/s-dən 1000 MB/s-ə, yəni 7 dəfə aşağı düşür.

"Windows Latest" yazır ki, KB5023778 (Mart 2023), KB5025239 (Aprel 2023), KB5026372 (May 2023), KB5027231 (İyun 2023) və KB5027302 (İyun) PC32 yenilənmələri yavaşlayır.

Problemin dəqiq nədən yarandığı barədə məlumat verilmir. "Microsoft" xəbərin dərci zamanı vəziyyəti şərh etməyib. "Windows Latest"ə görə, KB5023778 mart yeniləməsini quraşdırmadan əvvəl "Windows" versiyasına qayıtmaq SSD problemini həll edir.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->