Paşinyanın 20 iyuna erkən seçki elan etməsi doğru qərardır.
Qaynarinfo xəbər verir ki, bunu politoloq Şahin Cəfərli deyib. O, Paşinyanın siyasi böhranı yaxşı idarə etdiyini bildirib:
"Ter-Petrosyan kimi zəiflik göstərmədi və basqılara boyun əymədi. Təbii ki, dəyişən şərtlərin, nəsil dəyişikliyinin, yeni reallıqların da ciddi rolu var. Belə görünür ki, erməni xalqının əksəriyyəti artıq qan, göz yaşı istəmir və Qarabağ sevdasının onlara yalnız bədbəxtlik gətirdiyini başa düşüb. Müxalifət adına meydana çıxan köhnələr yenə eyni mövqe, eyni sloqanlarla xalqı bu çuxurun içində tutmağa çalışdıqları halda, pis-yaxşı ortaya vizyon qoyan və xalqa normal gələcək vəd edən yeganə lider Nikol Paşinyandır”.
Bahar Rüstəmli
<iframe width="640" height="360" src="//player.qaynarinfo.az/?v=445" frameborder="0" allow="autoplay; encrypted-media" allowfullscreen="" seamless="">