Xəbər lenti

Xamneyi təyyarənin raketlə vurulması ilə bağlı təlimatlar verdi
Dünya17:29 11.01.2020

Xamneyi təyyarənin raketlə vurulması ilə bağlı təlimatlar verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İranın ali dini lideri Ayətullah Əli Xamneyi Ordu Baş Qərargahına Ukrayna təyyarəsinin raketlə vurulması ilə bağlı qüsur və çatışmazlıqların araşdırılması barədə təlimat verib.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Xamneyi yazılı açıqlama verib. Hadisəyə görə dərin təəssüf hissi keçirdiyini qeyd edən dini lider həyatını itirənlərin ailələrinə başsağlığı verib.
Aidiyatı qurumlara səslənən Xamneyi oxşar hadisələrin təkrarlanmaması üçün lazmi tədbirlər görülməsini istəyib.
Qeyd edək ki, İran Ukrayna təyyarəsinin səhvən raketlə vurulmasını etiraf edib. 
Xatırladaq ki, qəzada 176 nəfər həyatını itirib.
Camal