Xəbər lenti

"Xankəndi" türk baş məşqçisini koordinator təyin etdi
İdman10:51 06.01.2026

"Xankəndi" türk baş məşqçisini koordinator təyin etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyəli mütəxəssis İbrahim Uzunca Azərbaycan II Liqasında çıxış edən "Xankəndi" klubunun baş məşqçisi vəzifəsindən ayrılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə klubun Mətbuat Xidməti məlumat yayıb.
O, "Xankəndi" Futbol Akademiyasında uşaq futbolu üzrə koordinator vəzifəsinə təyin olunub.
Yeni vəzifəsində İbrahim Uzunca klubun uşaq futbolunun inkişafı və akademiya sisteminin formalaşdırılması istiqamətində fəaliyyət göstərəcək.
Komandanın yeni baş məşqçisinin yaxın günlərdə bəlli olacağı vurğulanıb.