Xəbər lenti

Xorvatiyada keçmiş polis zabiti qocalar evinə atəş açdı, 6 nəfər öldü - Detallar
Dünya 17:36 22.07.2024

Xorvatiyada keçmiş polis zabiti qocalar evinə atəş açdı, 6 nəfər öldü - Detallar

İyulun 22-də Xorvatiyanın Daruvar şəhərində keçmiş polis məmuru şəxsi qocalar evinə atəş açıb, 6 nəfəri öldürüb, bir neçə nəfəri yaralayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə HRT teleradio şirkəti məlumat yayıb.

Onun sözlərinə görə, atəş açan şəxs anası bu müəssisədə olan keçmiş hərbi polis zabitidir. O, artıq saxlanılıb.

Məlumata görə, o, səhər saat 10 radələrində qocalar evinə gəlib və orada olanlara atəş açıb, dərhal beş nəfəri öldürüb, yeddi nəfəri yaralayıb. Altıncı qurban bir neçə saat sonra xəstəxanada ölüb. HRT müxbiri daha əvvəl yaralılardan dördünün vəziyyətinin ağır olduğunu, daha ikisinin isə yüngül xəsarət aldığını bildirmişdi.
Atəş açan şəxs cinayət yerinin yaxınlığında yerləşən restoranda saxlanılıb.

Qeyd olunur ki, özəl qocalar evində 20-yə yaxın sakin olub, onlardan 16-sı yeriyə bilməyən şəxslərdir.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->