Xəbər lenti

Yanan helikopterdən tullandı, bədənin 90 faizi yandı, amma sağ qaldı
Dünya 23:37 13.09.2024

Yanan helikopterdən tullandı, bədənin 90 faizi yandı, amma sağ qaldı

Braziliyada bir nəfər yanan helikopterdən tullanıb və 90 faiz yanıq xəsarəti alıb. Buna baxmayaraq, həmin şəxs sağ qalıb.

Qaynarinfo bu barədə "Mirror"a istinadən xəbər verir.

Yerli media braziliyalı iş adamı Henrique Kunha dos Santosun az qala Karuaru şəhərində baş verən helikopter qəzasının qurbanı olacağını yazır. İçərisində dos Santos və iki pilotun olduğu helikopter aşağı yuvarlanmağa başlayıb və alovlanıb.

Enrike helikopter hələ havada ikən tullanmağa qərar verib. Bu qərar onun qəza nəticəsində aldığı ağır xəsarətlərə və yanıqlara baxmayaraq, sağ qalmasına imkan verib. Qəzadan dərhal sonra dos Santos yaxınlıqdakı xəstəxanaya aparılıb və orada həkimlər təcili əməliyyatlar aparmağa başlayıblar.

Xəstəyə lazımi dərmanlar verilib və süni nəfəs aparatına qoşulub. Hazırda o, bir sıra əməliyyatlar keçirməyə və yanıqlar nəticəsində yaranan pnevmoniya və infeksiyaların müalicəsinə başlamağa hazırlaşan həkimlərin yaxından müşahidəsi altındadır.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->