
Yeni Azərbaycan Partiyasının (YAP) rəsmiləri dünyasını dəyişən Qarabağ qazisi Zaur Həsənovun dəfn mərasiminə qatılacaq.
Yeni Azərbaycan Partiyasının (YAP) rəsmiləri dünyasını dəyişən Qarabağ qazisi Zaur Həsənovun dəfn mərasiminə qatılacaq. Bunu AzVision.az-a açıqlamasında YAP-ın icra katibinin müavini Siyavuş Novruzov deyib.
“Zaur Həsənovun ölümündən kədərləndir. Bütün insanlar kimi dəfn mərasiminə biz də qatılacağıq”-deyə, S.Novruzov əlavə edib.
Qeyd edək ki, bir neçə gün əvvəl Azərbaycan Həmkarlar Konfederasiyasının binası qarşısında özünü yandıran Qarabağ qazisi Zaur Həsənov dünən axşam saatlarında müalicə olunduğu 5 saylı şəhər klinikasında koma vəziyyətinə düşüb. O, saat 22.10 radələrində dünyasını dəyişib.
Qaynar.info