Yaponiya hakimiyyəti 27 iyun - 29 iyul tarixləri arasında milli valyutanı dəstəkləmək üçün valyuta müdaxilələrinə 5,5 trilyon yen (36,6 milyard dollar) xərcləyib.
Qaynarinfo xəbər verir ki, "Bloomberg" bu barədə ölkənin Maliyyə Nazirliyinin açıqladığı məlumatlara istinadən məlumat yayıb.
Məlumata görə, iyulda hökumətin bu xərcləri yeni qorumaq məqsədi daşıyıb. Agentlik qeyd edir ki, analoji tədbirlər bu ilin yazında həyata keçirilib, may ayında analoji məqsədlər üçün 62 milyard dollardan çox vəsait xərclənib.
"Bloomberg"in məlumatına görə, Yaponiya və ABŞ arasında faiz dərəcələrindəki fərqin azalması gözləntiləri ilə birlikdə görülən tədbirlər yen məzənnəsinə təsir edib. Bir ay əvvəl o, 1980-ci illərdən bəri ən yüksək göstərici olan bir dollar üçün 161 yenə çatmışdı və hazırda 152,5 yendən aşağı düşüb.
Agentliyin məlumatına görə, Yaponiya valyutasının məzənnəsinin dinamikası ilk növbədə Yaponiya Bankı və ABŞ Federal Ehtiyat Sisteminin pul siyasətindəki fərqlərlə izah olunur. Son vaxtlara qədər Yaponiya Mərkəzi Bankı faiz dərəcələrini mənfi diapazonda saxlayıb, FED isə son illərdə onları artırıb.
Aydın
Şərhlər