Yaponiyanın Fukuşima əyalətinin Koriyama şəhərində restoranların birində partlayış baş verib.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 2-si ağır olmaqla 18 nəfər yaralanıb. Məlumata görə, yaralananlar arasında restoranın yaxınlığında yerləşən bankın əməkdaşları və bakomatdan pul çıxaran müştərilər də var. Binanın yaxınlığındakı bir çox ev və iş yerlərinə də ciddi ziyan dəyib.
Hadisə yerində 6 propan qaz balonu tapılıb, 3-ündə sızındı müəyyənləşdirilib. Dəqiq səbəb bilinməsə də, partlayışın qaz sızmasından baş verdiyi ehtimal edilir.
Camal