"Qarabağ"ın yarımmüdafiəçisi Yassin Benzia "Esperans Tunis" klubu ilə danışıqlara başlayıb.
Oxu.az Tunis mətbuatına istinadən xəbər verir ki, 30 yaşlı futbolçu karyerasını bu ölkədə davam etdirə bilər.
İddialara görə, Tunis çempionu Benzia ilə danışıqlarda irəliləyiş əldə edib və artıq müqavilə şərtlərində razılığa gəlinib. Tərəflər ortaq məxrəcə gəlsələr, Benzia yeni klubuna azad agent kimi keçəcək. Çünki onun "Qarabağ"la müqaviləsi iyunun sonunda başa çatır.
Qeyd edək ki, Yassin Benzia "Qarabağ"a 2023-cü ilin yanvarında Fransanın "Dijon" klubundan keçib. Son günlər onun Ağdam təmsilçisi ilə yeni müqavilə imzalamağa yaxın olduğu barədə də xəbərlər yayılıb.
Şərhlər