Ölkə 17:34 12.03.2023

Yoluxma və peyvənd sayı açıqlandı

Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.

Bu barədə Qaynarinfo-ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Bildirilib ki, son sutkada infeksiyaya 36 yeni yoluxma faktı qeydə alınıb və koronavirusa yoluxmuş 35 nəfər isə sağalıb.

Qeyd olunub ki, həmçinin son sutka ərzində koronavirusdan 1 nəfər ölüb.

İndiyədək ölkədə ümumilikdə 828 942 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 818 583 nəfər müalicə olunaraq sağalıb, hazırda 215 aktiv xəstə var. Bu günə qədər 10 144 nəfər vəfat edib.

Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 114, bu günə qədər isə ümumilikdə 7 541 312 test icra olunub.