Xəbər lenti

İdman 13:32 09.01.2024

Yunan klubu VAR-ın qərarına görə hökümətdən kömək istədi: "Bu, cinayətdir"

Yunanıstanda son günlər hakimlərə qarşı artan təzyiqlər gündəmdə qalarkən, "Olimpiakos" dünən AEK ilə matçda VAR qərarına münasibət bildirib.

Qaynarinfo-nun məlumatına görə, "Olimpiakos"un qolunun VAR tərəfindən ləğv edilməsindən sonra klub açıqlama yayıb. Bəyanatda cəmi bir neçə həftə ərzində komandanın 11 xalının "yeyildiyi" və ölkə çempionatının taleyi ilə oynanıldığı bildirilib. Açıqlamada, bunun cinayət olduğu bildirilib və hökümətin məsələyə müdaxiləsinin vacibliyi vurğulanıb. 

Ölkə çempionatının 17-ci turu çərçivəsində keçirilən "Olimpiakos” – AEK matçında VAR yoxlaması nəticəsində "Olimpiakos”un qolu ləğv edilib. Qol Masurasın əl müdaxiləsi səbəbindən alınmayıb.

Qarşılaşma AEK-in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Hazırda "Olimpiakos" 32 xalla dördüncü, AEK isə 38 xalla ikinci pillədə qərarlaşıb.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->