Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvanın tanıdığı qondarma Donetsk və Luqansk respublikalarının sərhədləri mövzusunu şərh edib. Əvvəllər Federasiya Şurası və Dövlət Duması bu suala tamamilə əks cavablar vermişdi.
Qaynarinfo xəbər verir ki, Zaxarova "Soloviev Live” Yutub kanalında deyib ki, əvvəlcə Moskva respublikalarla dostluq müqavilələrini ratifikasiya etməli və yalnız bundan sonra bu məsələni müzakirəyə çıxarmalıdır.
"Gəlin hələlik qanunvericilərimizə bu gün öz rolunu oynamağa icazə verək və qanuni proses (müqavilənin ratifikasiyası) baş tutsun", - o deyib.
Alpər