Müğənni Özcan Dənizin rejissorluğunu etdiyi “Sevimli təhlükəli” uğursuzluqla qarşılaşıb.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, tamaşaçılar tərəfindən maraqla qarşılanmayan filmi üç həftədə 784 min adam izləyib.
Filmi 2 milyon tamaşaçının izləyəcəyini gözləyən Dəniz filmin 1 milyondan az izləməsindən məyus olub və filmi sosial şəbəkədə reklam etməyə başlayıb.
Qeyd edək ki, ssenarisi Özcan Dənizə məxsus filmin baş rollarını Ayça Ayşin Turan və Şükrü Özyıldız canlandırır.
Qaynar.info