Dünya 13:48 05.04.2023

Zelenski Polşaya rəsmi səfərə getdi

Ukrayna prezidenti Vladimir Zelenski Polşaya rəsmi səfərə gəlib

Qaynarinfo TASS-a istinadla xəbər verir ki, bu barədə Ukrayna liderinin mətbuat katibi Sergey Nikiforov məlumat yayıb.

"Ukrayna Prezidenti və birinci xanım Polşaya rəsmi səfərə başlayıblar. Vladimir Zelenskinin səfər proqramına, xüsusən də prezident Anjey Duda, baş nazir Mateuş Moravetski ilə danışıqlar və ikitərəfli sənədlərin imzalanması daxildir”, - o, sosial şəbəkədə bildirib.

Nikiforov qeyd edib ki, Zelenski Ukrayna-Polşa biznes forumu çərçivəsində Polşa biznesinin nümayəndələri və Ukrayna ilə həmsərhəd şəhərlərin merləri ilə də görüşəcək. Bundan əlavə, onun çıxışı ilə polyaklara və ukraynalılara müraciət edəcəyi gözlənilir.

Alpər