Xəbər lenti

Zərif: ABŞ donanması Bəsrə körfəzində İranı provokasiyaya çəkir
Dünya09:48 24.04.2020

Zərif: ABŞ donanması Bəsrə körfəzində İranı provokasiyaya çəkir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"ABŞ qüvvələri evdən 7 mil uzaqda bizə aid olan Bəsrə körfəzi sahillərində dənizçilərimizi provokasiyaya çəkir. Buna haqları yoxdur".
Qaynarinfo xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif rəsmi tvitter səhifəsində yazıb. O, ABŞ prezidenti Donald Trampın orduya müdaxilə edəcəkləri təqdirdə, İran qırıcılarını vurma təlimatı verməsinə münasibət bildirib. Ağ Ev rəhbərinin İranı təhdid etməkdənsə, koronavirusa yoluxan 5 mindən çox ABŞ əsgərinin ehtiyaclarını qarşılamalı olduğunu deyib.
Qeyd edək ki, ABŞ donanması aprelin 16-da İran İnqilab Keşikçiləri Korpusuna aid 11 sürət gəmisinin Fars körfəzindəki 6 ABŞ gəmisi üçün təhlükəli vəziyyət yaratdığını açıqlamışdı. İranın müdafiə naziri Əmir Hatəmi isə əksinə ABŞ-ı ittiham etmişdi.
"Bəsrə körəzində qeyri-sabitliyin əsas səbəbi dünyanın digər tərəfindən İran sərhəddinə gələn və əsassız iddialar ortaya atan amerikalıların işğalçı və qanunsuz varlığıdır", - deyə o, bildirmişdi.
Camal