Xəbər lenti

Zeynəb Xanlarova konsert verəcək?
Sənət 14:35 16.06.2026

Zeynəb Xanlarova konsert verəcək?

Son günlər Xalq artisti Zeynəb Xanlarovanın məşq prosesindən görüntüləri tez-tez yayılır.

Əməkdar artist Rəşad İlyasov Xanlarovanın konsert verməsi ilə bağlı sualları cavablandırıb. Müğənni "Qonaqcanlı" proqramında bildirib ki, Zeynəb Xanlarovaya bununla bağlı çox təkliflər gəlir:

"Tək Azərbaycan yox, xaricdən də təkliflər var. Onun ömrünün elə bir çağıdır ki, çox seçir. Məşqlərimizi edirik, Azərbaycan televiziyasında da lent yazılarımız var. Hər il Yeni ildə Zeynəb xanım AzTV-də çıxış edir". //Axşam.az
--> -->