Sentyabrın 21-də İordaniya Ticarət Palatasının ev sahibliyi ilə İslam Ticarət və İnkişaf Palatasının İdarə Heyətinin 39-cu iclası və 22 sentyabrda "Rəqəmsal İqtisadiyyata İnvestisiya" Forumunun ikinci buraxılışı uğurla keçirilib.
Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) Baş katibi Ziya Hacılı məlumat verib.
"Tədbirlər regional ticarət əməkdaşlığının gücləndirilməsi, rəqəmsal iqtisadiyyatın inkişafı və investisiya imkanlarının müzakirəsi üçün əhəmiyyətli platforma rolunu oynayır. Özündə 50-dən çox islam ölkəsini birləşdirən Palatanın idarə heyətində təmsil olunan ASK adından, Küveyt, Misir, Qətər və Türkiyə Ticarət Palata rəhbərləri ilə iki tərəfli görüşlər keçirdik", deyə Ziya Hacılı bildirib.
Şərhlər