
Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibinin müavini Jan Eliasson, keçən 10 il ərzində ən az 600 jurnalistin öldürüldüyünü açıqlayıb.
ANS PRESS-in xarici mətbuata istinadən verdiyi məlumata görə, xüsusilə 2006-cı ildən sonra bütün dünyada jurnalistlərə qarşı hücumların çoxaldığı bildirilib.
Eliasson, hazırda Suriyanın jurnalistlər üçün ən təhlükəli ölkə olduğunu qeyd edib. O, jurnalistlərə hücum edənlərin 90%-nin cəzalandırılmadığını vurğulayıb.