Xəbər lenti

15 oyuna 39 qol vuran hücumçu "Qarabağ"a gəlir
İdman22:56 03.08.2026

15 oyuna 39 qol vuran hücumçu "Qarabağ"a gəlir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Qarabağ" növbəti transfer çalışmasını bitirmək üzrədir.
Qaynarinfo Sportinfo.az-a istinadən xəbər verir ki, Ağdam klubu Nigeriyanın Gənclər Liqasının bombardirini sıralarına qatır.
Söhbət Daniel Arierhidən gedir.
"Köhlən atlar" 18 yaşlı hücumçunu Azərbaycana dəvət edib. O, yaxın günlərdə ölkəmizə təşrif buyuracaq.
Afrikalı burada tibbi baxışdan keçəcək. Sağlıq durumunda hansısa problem aşkarlanmasa, adıçəkilən forvardla uzunmüddətli müqavilə imzalanacaq.