Xəbər lenti

19 yaşlı gənc valideynlərindən küsdü, 20 milyonluq sərvətini dostuna vəsiyyət etdi
Dünya 16:28 14.07.2026

19 yaşlı gənc valideynlərindən küsdü, 20 milyonluq sərvətini dostuna vəsiyyət etdi

Çinin Şanxay şəhərində yaşayan 19 yaşlı tələbə 20 milyon yuan (təxminən 3 milyon dollar) dəyərində olan bütün əmlakını valideynlərinə deyil, uşaqlıq dostuna vəsiyyət etməsi ilə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. 

Qaynarinfo xəbər verir ki, bu barədə "South China Morning Post" (SCMP) məlumat yayıb.

Məlumata görə, Li soyadlı gəncin milyonlarla yuan dəyərində mənzili və bank əmanətləri var. Bu əmlak ona valideynləri boşandıqdan və yenidən ailə qurduqdan sonra hədiyyə edilib.

Li bildirib ki, valideynləri yeni ailə qurduqdan sonra onunla az vaxt keçiriblər və bu səbəbdən onlarla münasibətləri soyuyub.

Ekstremal idman növləri ilə məşğul olan gənc həyatını riskə atdığını nəzərə alaraq, başına hər hansı hadisə gələcəyi təqdirdə əmlakının valideynlərinin yeni həyat yoldaşlarına və onların ailələrinə keçməsini istəmədiyini deyib. Onun sözlərinə görə, həmin şəxslər onun üçün yad insanlardır.

Bu səbəbdən Li bütün əmlakını etibar etdiyi və birlikdə böyüdüyü uşaqlıq dostuna vəsiyyət edib.

Gənc vəsiyyətnaməsini Şanxaydakı "China Will Registration Centre"də rəsmi qaydada notarial qaydada təsdiqlədib.

Mərkəzin rəhbəri Huan Haybonun sözlərinə görə, vəsiyyətnamədə göstərilən şəxs mirası qəbul etmək üçün qanunvericiliyə əsasən 60 gün müddətində razılığını bildirməlidir. Bu müddətdə qəbul edilmədiyi halda, miras hüququndan imtina edilmiş hesab olunur.

Çinin miras qanunvericiliyinə əsasən, mirasın birinci növbəli varisləri həyat yoldaşı, övladlar və valideynlərdir. Bununla yanaşı, qanun vəsiyyətnamə vasitəsilə əmlakın bu dairədən kənar şəxslərə də ötürülməsinə imkan verir.

Huan Haybo qeyd edib ki, son illərdə Çində gənclər arasında vəsiyyətnamə tərtib etmək getdikcə daha geniş yayılır.

Onun sözlərinə görə, 1980, 1990 və 2000-ci illərdən sonra doğulan şəxslər arasında vəsiyyətnamə hazırlayanların sayı sürətlə artır və bu sənəd artıq yalnız yaşlı insanlara aid mövzu kimi qəbul edilmir.

"China Will Registration Centre"in son illik hesabatına əsasən, mərkəzdə indiyədək 400 mindən çox vəsiyyətnamə qeydiyyata alınıb.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->