Xəbər lenti

Dünya 19:10 01.02.2024

285 yaşlı limon hərracda 1780 dollara satıldı (FOTO)

İngiltərədə 285 yaşlı limon hərracda satılıb. 

Qaynarinfo UPI-yə istinadən xəbər verir ki, alıcı onun üçün 1780 dollar ödəyib.

"Brettells" hərrac evinin əməkdaşları bildiribki , bir ailə onlara bir vaxtlar qohumlarına məxsus olan 19-cu əsrə aid şkaf gətirib. Mütəxəssis onu hərraca çıxarmaq üçün nadir əşyanın şəklini çəkərkən qutulardan birinin arxasında limon görüb.

Limonun üzərində 1739-cu il noyabrın 4-də Miss Baksterə verildiyi yazısı olub. Meyvənin də tarixi dəyəri olduğuna qərar verən hərrac evi onu da hərraca çıxarıb.

Bir alıcının limon üçün 1780 dollar ödədiyi və hərracın qalibi elan edildiyi bildirilir. Şkaf cəmi 40 dollara satılıb. Limonun yeni sahibi onunla nə etməyi planlaşdırdığını açıqlamayıb.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->