ABŞ Arktika və Berinq dənizində kontinental şelfinin bir hissəsini (bu, ölkə ərazisinin su altında olan quru hissəsinin davamıdır-red.) genişləndirib.
Qaynarinfo xəbər verir ki, "Bloomberg" bu barədə ABŞ Dövlət Departamentinin bəyanatına istinadən məlumat yayıb.
"Genişləndirilmiş kontinental şelf, ilk növbədə, Kanada və Rusiyanın da iddia etdiyi strateji əhəmiyyəti artan Arktika və Berinq dənizində təxminən bir milyon kvadrat kilometr ərazini əhatə edir. Birləşmiş Ştatlar həmçinin Atlantik və Sakit okeanlarda, eləcə də Meksika körfəzində şelf sərhədləri elan edib", deyə nəşr yazır.
Jurnalistlərin fikrincə, ABŞ şelfini genişləndirməklə neft və qaz yataqlarına, eləcə də avtomobil akkumulyatorlarının istehsalı üçün faydalı qazıntılara çıxış əldə etmək istəyir.
Aydın